KXDR əsgərləri əsir düşməmək üçün özlərini öldürürlərbackend

KXDR əsgərləri əsir düşməmək üçün özlərini öldürürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfində Ukraynaya qarşı döyüşən KXDR əsgərləri arasında xeyli itkilər, həmçinin intihar halları qeydə alınıb.

Bu barədə hərbçi Kirill Sazonov danışıb. Onun sözlərinə görə, “Əsgərlər Ukrayna əsgərlərinə təslim olmaqdansa, özlərini öldürürlər, yəqin ki, Şimali Koreyada əsir düşəcəkləri təqdirdə ailələrinə qarşı repressiya olunacağından qorxurlar”, – deyə əsgər qeyd edib.

O, həmçinin xatırladıb ki, Ağ Evin məlumatına görə, təkcə son həftədə Şimali Koreya Rusiya Federasiyasının başlatdığı müharibədə ölən və yaralanan 1000 əsgərini itirib.

//Samir Qurbanov, Editor.az