Pentaqonun rəhbəri Lloyd Ostin deyib ki, Birləşmiş Ştatlar KXDR ordusunun artıq Rusiyada olduğuna dair sübutlara malikdir.
Lakin onların sərhədi nə məqədlə keçdiklərini bilmir.“Şimali Koreya qoşunlarının Rusiyada olduğuna dair sübutlar var… Onlar konkret olaraq orada nə edirlər? Görmək lazımdır. Bu, həll edilməli olan bir məsələdir”, – deyə Ostin Romada jurnalistlərə bildirib.
Cənubi Koreya kəşfiyyatı daha əvvəl 1,5 min Şimali Koreya əsgərinin Rusiyanın Uzaq Şərqdəki poliqonlarında olduğunu bildirmişdi. Seul etiraf edib ki, onlar sonradan Ukrayna ilə münaqişədə iştirak etmək üçün göndərilə bilərlər. KXDR-in BMT-dəki missiyası Cənubi Koreyanın məlumatlarını əsassız şayiələr adlandırıb. Bu həftənin əvvəlində Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi çağırıb. Görüş zamanı o, Moskva ilə Pxenyan arasında əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini və Seula qarşı yönəlmədiyini bəyan edib. Kreml Şimali Koreya hərbçilərinin köçürülməsi ilə bağlı məlumat keptik qarşılamağa çağırıb.
//Samir Qurbanov, Editor.az

