“Laçın dəhlizi ilə təxribatçıların silahlandırılması yolverilməzdir”-Deputatdan AÇIQLAMAbackend

“Laçın dəhlizi ilə təxribatçıların silahlandırılması yolverilməzdir”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Viladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan 10 noyabr 2020-ci il bəyanatının müəyyən şərtləri yerinə yetirilsə də, Ermənistan bir çox öhdəlikləri reallaşdırmaqdan boyun qaçırır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə bu öhdəliklərdən biri də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni seperatçılarının çıxarılmasıdır: “2 il ötməsinə baxmayaraq həmin şərt yerinə yetirilməyib. Bu həm də Rusiya sülhməramlı kontingetinin məsuliyyətinə daxildir.

Azərbaycan toponimlərinin dəyişdirilməsi məsələsində də Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə etiraz məktubu ünvanlayıb. Onlar da bunu dərhal nəzərə almalıdırlar. Ərazilərimiz Azərbaycanın adlandırdığı şəkildə qeyd edilməlidir”.

Deputatın fikrincə, son zamanlarda Qarabağ ərazisində erməni təxribatlarını müşahidə edirik: “Bunu da sülhməramlılar Azərbaycanın üzərinə yıxmaq istəyir. Ölkəmizi atəşkəsi pozmaqda günahlandırırlar. Dəfələrlə ölkə başçısı İlham Əliyev bildirib ki, bu məsələ həmin ölkə liderləri ilə müzakirə olunub. Rusiya sülhməramlılarının fəaliyyətindən qismən razı olsaq da, onlar öhdəliyinə götürdüyü heç bir vəzifəni yerinə yetirmirlər.

Laçın dəhlizi ilə təxribatçıların silahlandırılmasına sülhməramlılar tərəfindən göz yumulması yolverilməzdir. Azərbaycan Laçın dəhlizini bağlamaq və antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Bu məsələlər Ermənistan, Rusiya rəhbərliyinə Qarabağda yaşayan erməni əsilli vətəndaşların diqqətinə çatdırılmalıdır. Rəsmi Bakı münasibətlərin normallaşmasında maraqlıdır. Bölgədə sülhün tərəfdarıdır və bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir”.

//Safura Bənnayeva,Editor.az