Laçın dəhlizində SON VƏZİYYƏT- Aksiya iştirakçısı DANIŞDIbackend

Laçın dəhlizində SON VƏZİYYƏT- Aksiya iştirakçısı DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları artıq üç gündür ki, davam edir.

Editor.az Laçın dəhlizində son vəziyyəti öyrənmək üçün aksiya iştirakçılarından politoloq, ictimai fəal Tural İsmayılovla əlaqə saxlayıb.

T. İsmayılov Editor.az-a bildirib ki, aksiyaçıların tələbləri təcili şəkildə yerinə yetirilməlidir:

” Ancaq təəssüflər olsun ki, bu istiqamətdə bir irəliləyiş yoxdur. Rus “sülhməramlılar”ının komandanı Volkovun etirazçıların görüşünə gələcəyi ilə bağlı heç bir mesaj verilməyib. Aksiyalar Volkovun əraziyə gələrək etirazçılara vədlər verəcəyi, eyni zamanda, ekoloji monitorinq missiyasının fəaliyyətinə əngəl törətməyəcəkləri təqdirdə dayanacaq. Bu gün Azərbaycan vətəndaşları öz qanuni ərazilərində haqq səsini ucaldırlar. Yolu bağlayanlar isə etirazçılar yox, rus sülhməramlılarıdır. Xankəndidəki ermənilərin təşvişə düşməsinə heç bir səbəb yoxdur. Çünki dünən də Azərbaycan dövləti rəsmi məlumat yayaraq Xankəndi ermənilərinə kömək etməyə hazır olduğunu vurğulayıb. İstənilən halda aksiyaçıların tələbləri yerinə yetirilənə qədər proses davam edəcək”.

//Gülnarə Abasova, Editor.az