Laçın dəhlizinə alternativ yol da Azərbaycan Ordusunun nəzarətinədir – Ədalət Verdiyevbackend

Laçın dəhlizinə alternativ yol da Azərbaycan Ordusunun nəzarətinədir – Ədalət Verdiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanan 2021-ci il 10 noyabr birgə bəyanatın şərtlərinə görə Azərbaycan tərəfi sənədin imzalanmasından sonrakı 3 il ərzində Laçın dəhlizinə alternativ olan yol çəkilişi barədə razılığa gəlmişdilər. Azərbaycan tərəfi də bu yolun çəkilməsindən sonra Rusiya sülhməramlılarının və ermənilərin hərəkətini həmin yol ilə təmin etməklə bərabər Laçın rayonunun mərkəzinin və Laçın rayonuna aid olan kəndlərin inşasına başlamasını nəzərdə tuturdu”.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Laçın dəhlizinə alternativ yolu Azərbaycan inşa etdirir:

“Laçın dəhlizinə alternativ yolun Rusiya tərəfindən çəkilməsinə dair yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu şəkili ilk paylaşanlardan biri də mən olmuşam və tam məsuliyyətimlə deyirəm ki, bu fəaliyyətləri həyata keçirən Azərbaycan şirkətidir və bu layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir.

Əslində Azərbaycan tərəfi bu inşaat işlərinə daha əvvəl başlamışdı. Lakin Ermənistan tərəfinin də birgə bəyanatla üzərinə düşən vəzifələrin, o cümlədən Azərbaycanın Naxçıvanla maneəsiz ikitərəfli hərəkətini təmin etmək haqqında öhdəliyini yerinə yetirməməsi bu prosesi kifayət qədər uzun bir müddətə təxirə salması Azərbaycanı da həmin inşa olunan yeni alternativ yolun inşaat işlərini dayandırması ilə nəticələndi.

Lakin 2022-ci ilin ilk günlərindən Ermənistan tərəfindən Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryolunun inşasına başlaması ilə bağlı verdiyi bəyanatlar, eyni zamanda alternativ avtomobil yolunun keçəcəyi ərazinin müəyyənləşdirilməsi üçün çalışmalara başlaması barədə verdiyi mülayim siqnallar Azərbaycana Laçın dəhlizinə alternativ yolu inşa etmək üçün səbəb yaratdı. Hazırda bu ərazidə yolun tərkib hissəsi olan və Laçın rayonundan keçən Həkəri çayının üzərindəki körpünün inşasına dair görüntüləri sosial şəbəkədə geniş paylaşılır.

Alternativ yolun Qayğı qəsəbəsi, Həkəri çayı istiqamətindən çəkiləcəyi ehtimal olunur. Yeni yolun çəkildiyi ərazinin tamamı Azərbaycan ərazisidir və onlar ordumuzun tam nəzarəti altındadır”.