“Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfərində Qaragöl və sərhədlərdə bağlı qeyd etdikləri Ermənistana mesajdır. Xüsusilə olaraq Ermənistanın iddia etdiyi Qaragöl gölünün Azəbaycanındır qeyd etməsi artıq bu göl üzərində spekulyasiyaya son qoyur. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Ermənistan iştirak etməsə də, dövlət başçısı öz sərhədlərimizi müəyən etdiyini qeyd etdi. Əgər, ermənilər təxribatlara əl atarlarsa, lazım bildiyi ərazilərdə yerləşməyi vurğuladı”.
Bu sözləri Editor.az- a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə Ermənistanın bundan sonra, heç bir şansı yoxdur və Azərbaycanla normal münasibətlər qurmasına məcburdur:
“Məhz hazırkı gərgin situasiyada Cənab Prezidentin Kəlbəcər və Laçına səfər xüsusi əhəmiyyət daşıyır.Dövlət başçısı Murovdağdan Araz çayına qədər hərbi hissələrin olmasını və sərhədlərin möhkəmlənməsini vurğuladı. Bununla da, Azərbaycan Ermənistanla sərhəddi tam nəzarətə götürdüyünü elan etdi.Qeyd edim ki, Laçın dəhlizi yaxınlığından verilən bu mesajlar növbəti mərhələdə Azərbaycan postunun bu dəhlizdə qurulmasına hesablanıb. Laçına səfər Dəhlizə nəzarətin əldə edilməsinə hesablanır. Çünki, “Laçın” dəhlizində hazırkı durum Azərbaycanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Məhz bu dəhliz vasitəsilə ermeni separatçılarına silah və sursat daşınaraq Şuşanın atəşə tutulması ilə nəticələnir. Növbəti hədəf “Laçın” dəhlizinə nəzarətin əldə edilməsi olmalıdır. Bununla da Qarabağda silahlı erməni separatçılarının üstündən tam xətt çəkə bilərik”.
//Gülnarə Abasova, Editor.az

