“Laçın koridoru Laçın şəhərinin içindən keçir. Hal-hazırda nəzarət sülhməramlılardadır. Bu koridor vasitəsilə ermənilərin Xankəndiyə gedib-gəlməyi təmin edilir. Koridorun enliyinin 30 km olmasını paket həll planında, Madrid prinsiplərində, eyni zamanda 10 Noyabr zamanında da təklif etmişdilər”.
Bu sözləri Editor.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev deyib.

Onun sözlərinə görə, sözügedən dəhliz 30 km enliyində olsa idi, Laçın şəhəri əldən çıxa bilərdi:
“Lakin Cənab Prezident İlham Əliyev buna razılıq verməyərək koridorun enliyinin 5 km ola biləcəyini bildirdi.Tərəflər razılaşdı. Azərbaycan tərəfi ermənilərin gedib-gələ bilməsi üçün başqa dəhliz inşa edəcəyini elan etdi. Yeni dəhliz marşrutu istifadəyə verildikdən sonra Laçın şəhəri geri qaytarılacaq! Yeni dəhliz “Qayğı”adlanan bölgədən keçəcək. Çox güman, bu dəhliz 3 il müddətində istifadəyə veriləcək. Artıq inşasına başlanılıb”.
//Gülnarə Abasova, Editor.az

