Laçın-Xankəndi yolundakı aksiya 45-ci gündür davam edir – FOTO – VİDEObackend

Laçın-Xankəndi yolundakı aksiya 45-ci gündür davam edir – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq aksiya səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 45-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.