Laçın yolu AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılır?- Tural Abbaslıdan AÇIQLAMAbackend

Laçın yolu AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılır?- Tural Abbaslıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu məsələ erməni xarici siyasətinin fəaliyyəti nəticəsində gündəmə gəlib”.

Bunu Editor.az-a AĞ Partiya başqanı Tural Abbaslı Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Vardanyanın, Azərbaycan nümayəndə heyətinin Laçın dəhlizi məsələsinin AŞ PA-nın yay sessiyasının gündəliyinə salınmasının qarşısını almaq üçün göstərdiyi səylərin uğurlu alınmadığı ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağ, Xankəndi, Xocalı Azərbaycanın ərazisidir və orada baş verən məsələlər ölkənin daxili işidir: ”

“AŞPA, BMT, Avropa Birliyi və yaxud da digər qurumlar buna müdaxilə edə bilməz. Laçın yolu da üç tərəf arasında Ermənistan, Azərbaycan və Rusiyanın iştirakı ilə imzalanan bəyannamə əsasında açılıb. Yəni, həmin üç ölkə yol ilə bağlı danışıqlar apara bilər. ATƏT-in Minsk Qrupu məsələsi onsuz da gündəmdən çıxıb. Ona görə də Laçın yolunun hansı sessiyada müzakirəyə çıxarılmasından asılı olmayaraq qəbul ediləcək hər hansı qərarın ölkəyə aiddiyyatı yoxdur. Azərbaycan ərazi bütövlüyündən, ölkə maraqlarından heç kimə görə güzəştə getmək niyyətində deyil. Bu, ermənilərin rəsmi Bakı üzərində yaratmağa çalışdığı basqının növbəti mərhələsidir. Azərbaycan müəyyən addımlar atmalıdır ki, xarici siyasətdə də erməni təbliğatına uduzmasın “.

//Safura Bənnayeva, Editor.az