Laçın yolundakı aksiyada canlanma müşahidə olunur – FOTObackend

Laçın yolundakı aksiyada canlanma müşahidə olunur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında günorta saatlarında da canlanma müşahidə olunub.

Editor,az Trend-ə istinadən xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır.

Hava şəraitinin soyuq və şaxtalı olmsına baxmayaraq, etirazçılar ərazini tərk etmək niyyətində deyillər.

Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları bildirib ki, Laçın- Xankəndi yolunun aksiya keçirilən ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb.