Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcəkbackend

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün saat 17:00-da Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.