Tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızına Azad Azərbaycan telekanalında vəzifə verilməsi ilə bağlı xəbər yayılıb.
ATV-nin yeni rəhbəri Azər Xəlilov yenicag.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib:
“Kimin hansı vəzifəyə təyin olunmasını hansı sayt yazıbsa, o da sualınıza cavab versin. Mən əsası olmayan xəbərlərə münasibət bildirmirəm. Bu barədə, ümumiyyətlə, danışmaq istəmirəm”.
Qeyd edək ki, xəbəri PrimeTime.az saytı yayıb.