Laricaninin öldürülməsinə Əraqçidən reaksiya: ABŞ və İsrail hələ də dərk etmirlər ki…backend

Laricaninin öldürülməsinə Əraqçidən reaksiya: ABŞ və İsrail hələ də dərk etmirlər ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bilmirəm niyə amerikalılar və israillilər hələ də bunu dərk etməyiblər: İran İslam Respublikasının güclü siyasi quruluşu, siyasi, iqtisadi və sosial təsisatları var.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi müsahibədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə edilən sui-qəsdlə bağlı sualı cavablandırarkən bildirib.

Ərqçi bildirib ki, fərdin varlığı və ya yoxluğu quruluşa təsir etmir:

Əlbəttə ki, insanlar təsirlidir və hər kəsin rolu var – bəziləri daha yaxşı, bəziləri daha pis, bəziləri daha az. Amma vacib olan odur ki, İrandakı siyasi sistem çox güclü bir quruluşdur. Liderin özündən daha vacib heç kim olmayıb. Hətta o da öldürülüb. Buna baxmayaraq, sistem fəaliyyətini davam etdirir və dərhal onun yerinə başqası təyin olunub. Başqası öldürülərsə, eyni olacaq. Xarici işlər naziri öldürülərsə, sonda başqası vəzifəni tutacaq”, – deyə İranın xarici işlər naziri bildirib.

Publika.az