“Latam” Argentinaya uçuşları dayandırırbackend

“Latam” Argentinaya uçuşları dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çiliyə məxsus Cənubi Amerikanın sərnişin daşımaları üzrə ən böyük “Latam” aviaşirkəti Argentinadakı filialının fəaliyyətini və ölkə daxili uçuşlarını dayandırır.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.

“Ölkədə 15 il fasiləsiz qaldıqdan və pandemiyanın uzunmüddətli mənfi təsirindən qarşılaşdığımız bir çox çətinliklərdən sonra şirkətin işləməyə davam edə biləcəyi üçün variantları təsəvvür etmək mümkün deyil”, – şirkətdən bildirilir.

Qeyd edilir ki, “Latam” Argentinanın hava limanlarından beynəlxalq uçuşları davam etdirəcək, bütün daxili 12 istiqamətdə olan reysləri isə dayandıracaq.