İtaliya A seriyasının iştirakçılarından olan “Latsio” klubu braziliyalı ulduz Marselonu transfer etmək üçün hərəkətə keçib. Editor.az “Sporx” a istinadən xəbər verir ki, klub rəsmiləri artıq ulduz futbolçu ilə danışıqlara başlayıb. Klubun baş məşqçisi Maurizi Sarridə bu transferə müsbət yanaşır. O, qeyd edib ki, Marselo hal hazırda həm həftə sonu, həm də həftə içi oynayacaq gücdə deyil. Ancaq mütəxəssis braziliyalı futbolçudan səmərəli istifadə edə biləcəyini də bildirib.
Qeyd edək ki, azad agent statusuna malik olan Marseloya 2.5 milyon avro təklif olunub. Bundan əlavə buna qədər brazilyalı futbolçunun adı Türkiyənin “Fənərbaxça” təmsilçisi ilə də hallanıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

