Latviya Avropanı hərbi çağırışı geri qaytarmağa çağırırbackend

Latviya Avropanı hərbi çağırışı geri qaytarmağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya prezidenti Edqars Rinkeviç bildirib ki, Rusiyadan gələn təhdidlər qarşısında Avropa ölkələri məcburi hərbi xidmətə yenidən başlamalı və müdafiə xərclərini Soyuq Müharibə dövrü səviyyəsinə çatdırmalıdır.

Editor.az xəbər verir ki, o, bu barədə Financial Times-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa hərbi xidmətə çağırışın geri qaytarılması məsələsini ciddi şəkildə nəzərdən keçirməlidir. Rinkeviç bildirib ki, bu, silahlı qüvvələrin təchizatındakı problemlərin aradan qaldırılmasına kömək edəcək, baxmayaraq ki, hərbi hissələr “tam peşəkar” əsgərlərə üstünlük verirlər.

Eyni zamanda, onun estoniyalı həmkarı Alar Karis artan hərbi xərclərin maliyyələşdirilməsi üçün xüsusi verginin tətbiqini istisna etməyib.

//Gülnarə Abasova, Editor.az