Latviya daha 35 rusiyalı məşhuru “qara siyahı”ya saldıbackend

Latviya daha 35 rusiyalı məşhuru “qara siyahı”ya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Cümə günü Latviya Xarici İşlər Nazirliyi rusların “qara siyahısı”nın genişləndirildiyini elan edib.

Editor.az xəbər verir ki, aktyorlar Polina Aqureeva, Aleksandr Noskov, Kirill Kuznetsov, komediya ustası Stanislav Starovoitov, musiqi ifaçıları Yaroslav Dronov (Şaman), Nadejda Babkina, Aleksandr Marşal, Natalya Kaçura, Akim Apaçov, eləcə də teleaparıcılar Yuliya O. Latviya üçün arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bundan əlavə, politoloqlar Yevgeni Satanovski, Rostislav İşçenko, Vladimir Kornilov, Gevorq Mirzəyan, jurnalistlər Yuliya Vityazeva və Mixail Şahnazarovun da Latviyaya girişi bağlanıb. Yuxarıdakı şəxslər Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına dəstək verdiklərinə görə “qara siyahı”ya salınıb.

Latviya Xarici İşlər Nazirliyinin qərarına əsasən, onlar qeyri-müəyyən müddətə Baltikyanı dövlətə giriş eə bilməzlər. Qeyd edək ki, Latviya Rusiyadan gələn turistləri də qəbul etmir. Turizmin bağlanması onsuz da tənəzzülə uğrayan ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Çoxsaylı sanksiya və əks tədbirlər paketi ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olub, inflyasiya 22%-i keçib.

  //Samir Qurbanov,Editor.az