Latviya hakimiyyəti rusları deportasiya edə bilərbackend

Latviya hakimiyyəti rusları deportasiya edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya hakimiyyəti ölkədə qalmaq hüququ olmayan 800 rusiyalını deportasiya edə bilər.

Editor.az bildirir ki, bu barədə Latviya Miqrasiya Departamentinin nümayəndəsi Madara Puke TV3-də deyib: “Hazırda 800 nəfər Latviyada qalmaq hüququ almayıb, nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət etməyiblər.

Həmin şəxslərlə bağlı məlumatları əlavə yoxlamaq üçün Dövlət Sərhəd Xidmətinə vermişik. Yaxın həftələrdə bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq. Əgər belə olsa, 30 gün müddətinə getmə əmri veriləcək”.

Pukeyə görə, Latviya dili imtahanından keçə bilməyən Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşama icazəsi üçün müraciət edə bilər, bundan sonra deportasiya təhlükəsi ilə onların Latviya dili bilikləri yenidən yoxlanılacaq.

//Samir Qurbanov, Editor.az