Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Ukraynaya illik ÜDM-in 0,25%-i həcmində hərbi yardım ayırmağa razılaşıblar.
Editor.az xəbər verir ki, müvafiq bəyanat Litva Müdafiə Nazirliyinin saytında dərc olunub. Nazirlər Andris Spruds, Laurynas Kaşçiunas və Hanno Pevkur Litvanın Palanqa şəhərində danışıqlar aparıblar. Onlar Ukraynaya hərbi yardıma hər il ÜDM-in ən azı 0,25 faizini ayırmağa, həmçinin birgə silah tədarükü mexanizmini yaratmağa razılaşıblar. Litvanın Müdafiə Nazirliyinin rəhbəri Kasciunas bildirib ki, Baltikyanı ölkələrlə Ukrayna arasında həmrəylik həmişəkindən daha vacib olmalıdır.
Nazirlər həmçinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək alyansın sammitində NATO-ya üzv dövlətləri illik ÜDM-nin ən azı 2,5%-ni müdafiəyə ayırmağa təşviq etməyi öhdələrinə götürüblər.
//Gülnarə Abasova, Editor.az

