Latviya hökuməti prezident seçkilərində səs vermək istəyən ruslara təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı Rusiya səfirliyinin müraciətinə cavab verməyib.
Bundan əvvəl Latviya Dövlət Polisinin rəhbəri səsvermə günü Rusiya səfirliyinin perimetri ətrafında polis kordonları quracağına və gələn hər kəsin ölkədə qanuni olduqlarına əmin olmaq üçün yoxlanılacağına söz verib.
“Riqanın Rusiya vətəndaşlarının öz ölkələrinin səfirliyinə girişini məhdudlaşdırmaq niyyəti dünya diplomatik praktikasında misli görünməmiş bir hadisə, rusların konstitusiya hüquqlarına kobud qəsd və ölkəmizin daxili işlərinə qarışmaq cəhdidir”, – Rusiya səfirliyi öz Telegram kanalında məlumat verib.
Səfirlik əlavə edib ki, Latviya hakimiyyətinin bu cür hərəkətləri seçiciləri qorxutmaq və bu yolla prezident seçkilərində fəallığa təsir etmək məqsədi daşıyır. Bununla belə, diplomatik missiyanın əməkdaşları ölkədəki Rusiya vətəndaşlarının səsvermədə iştirak edə bilməsi üçün hər cür səy göstərəcək.
//Samir Qurbanov, Editor.az

