Latviya prezidenti velosipeddən yıxılaraq əlini sındırıbbackend

Latviya prezidenti velosipeddən yıxılaraq əlini sındırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Prezidenti Edqar Rinkeviç velosiped sürərkən əlindən ağır xəsarət alıb. Həkimlər tibbi müdaxilə etdikdən sonra onun sağ qoluna gips qoyublar.

Oxu.Az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Hadisə sentyabrın 28-də Rinkeviçs Olayne-Dalbe-Olayne marşrutu ilə velosiped sürərkən baş verib. Ertəsi gün o, Travmatologiya və Ortopediya Xəstəxanasına gedib, həkimlər onda sınıqların olduğunu müəyyən edib və gips qoyublar.

Latviya prezidenti özünün “Facebook” səhifəsində velosipeddən yıxılması barədə məlumat verib. “Velosiped mövsümü başa çatdı. Doktor Kriss Rozenberqs və Travmatologiya və Ortopediya Xəstəxanasının kollektivinə təşəkkür edirəm. Latviyalı həkimlər dünyanın ən yaxşılarıdır”, – ölkə başçısı yazıb.

Prezidentin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dreqeris “LETA” agentliyinə bildirib ki, Rinkeviçs velosipeddən yıxılarkən sağ əlinin biləyini, sol əlindəki barmağını sındırıb. Dreqerisin sözlərinə görə, zədə prezidentin işinə təsir etməyəcək. Rinkeviçs yaza və sənədləri imzalaya bilir. O, gələn həftənin gündəliyinə hər hansı dəyişiklik planlaşdırmayıb.