Latviya sərxoş sürücülərdən müsadirə edilmiş ümumilikdə 271 avtomobili Ukraynaya təhvil veribbackend

Latviya sərxoş sürücülərdən müsadirə edilmiş ümumilikdə 271 avtomobili Ukraynaya təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevraldan dekabrın ortalarına qədər Latviya sərxoş sürücülərdən müsadirə edilmiş ümumilikdə 271 avtomobili Ukraynaya təhvil verib.

Ukraynaya göndərilən avtomobillərin ümumi dəyəri 903 453 avro təşkil edib.

Editor.az bildirir ki, bu barədə “Delfi” Latviyanın Dövlət Gəlirləri Xidmətinin məlumatlarına istinadən xəbər verir. Nəşrin məlumatına görə, hazırda müsadirə edilmiş daha 34 avtomobilin Ukraynaya verilməsi ilə bağlı sənədlər Latviya hökuməti tərəfindən baxılmaq üçün hazırlanır, onların ümumi dəyəri 161 880 avro təşkil edir.

2022-ci ilin noyabrında Latviyada sürücünün bədənində spirt konsentrasiyası 1,5 ppm-dən çox olduqda avtomobil idarə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qüvvəyə minib.

Eyni təşəbbüs sərxoş sürücülərdən avtomobillərin müsadirə olunmasına imkan verib. 2023-cü ilin fevralında Latviya Seymi sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin Ukrayna hökumətinə verilməsinə icazə verən düzəlişlər qəbul edib.

//Samir Qurbanov, Editor.az