Latviya Seymi vətəndaşlarına Rusiyaya qarşı döyüşməyə icazə verib.
Bu barədə Editor.az “Delphi”yə istinadən xəbər verir.
Fevralın 28-də Latviya Seymi milli təhlükəsizlik haqqında qanuna Latviya vətəndaşlarının Ukraynada xidmət keçməsinə icazəni nəzərdə tutan düzəlişləri yekdilliklə qəbul edib.
Ukraynanın müstəqilliyini müdafiə etmək istəyən Latviya vətəndaşları Milli Silahlı Qüvvələrin Ehtiyat Mühasibat İdarəsində qeydiyyatdan keçməli olacaqlar.
Bu günə qədər qanun latviyalılara xarici qoşunlarda və ya başqa ölkələrdə xidmət etməyi qadağan edib.
//Gülnarə Abasova, Editor.az

