Latviyada meymunçiçəyi xəstəliyi aşkarlanıbbackend

Latviyada meymunçiçəyi xəstəliyi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrikada yaranan və bütün dünyaya yayılan meymunçiçəyi xəstəliyi daha bir ölkədə aşkarlanıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu dəfə virusa yoluxma halı Latviyada baş verib. Bu barədə məlumatı Latviyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi verib. Məlumata əsasən virusa bir nəfər yoluxub. Virusa yoluxan şəxsin 50 yaşı olduğu və bu yaxında başqa bir ölkəyə səfər etdiyi bildirilib.

Qeyd edək ki, keçən gün Nigeriyada xəstəlikdən ilk ölüm halı qeydə alıb.

//Nəzərbəy, Editor.az