Vaşinqton Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini (INF Müqaviləsi) ləğv edib. Çünki ABŞ bu sənədlə qadağan olunmuş silahlardan Çinə qarşı istifadə etməyə ehtiyac duyur.
Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bu barədə TASS-a müsahibəsində danışıb. Nazir vurğulayıb ki, Vaşinqton müqavilə ilə qadağan olunmuş raketlərə ehtiyac duymağa başlayıb. Xarici işlər naziri qeyd edib ki, bu addımın regional və qlobal təhlükəsizlik baxımından mənfi nəticələri aydındır. Lavrovun sözlərinə görə, Vaşinqton “hegemon mövqelərin itirilməsini ləngitmək üçün” gücə arxalanıb.
Lavrov vurğulayıb ki, silahlara nəzarət və beynəlxalq proseslər iştirakçılarının maraqlarının strateji tarazlığını təmin etmək üçün nəzərdə tutulmuş digər alətlər sahəsində məhdudiyyətlərin rədd edilməsini məhz bununla izah edir.
//Gülnarə Abasova, Editor.az

