Lavrov ABŞ və Rusiya arasında gizli təmaslardan danışıbbackend

Lavrov ABŞ və Rusiya arasında gizli təmaslardan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Rusiya və ABŞ hələ də gizli əlaqə kanallarını saxlayırlar.

Editor.az Rusiya diplomatik xidmətinin rəhbərinin sözlərinə istinadla xəbər verir ki, rabitə kanallarının əsas məqsədi məhbus mübadiləsi ilə bağlı məsələlərdə qarşılıqlı fəaliyyətdir. Lavrov əlavə edib ki, ABŞ da gizli əlaqələrdən istifadə edərək Moskvadan Kiyevin maraqlarını nəzərə almasını tələb edib.

Rusiya XİN rəhbərinin Karlsonla müsahibəsi dekabrın 6-na keçən gecə açıqlanıb. Görüş 80 dəqiqə davam edir. Söhbət zamanı Lavrov Ukraynadakı münaqişəni xüsusi qeyd edib. Nazir vurğulayıb ki, ölkənin bloklara qoşulmaması hərbi əməliyyatların dayandırılması üçün şərtdir. O, həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansının hərbi bazaları Ukrayna ərazisində yerləşməməlidir. Lavrov həmçinin ümid etdiyini bildirib ki, Qərb orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə Rusiyaya göndərilən siqnalı ciddi qəbul edəcək.

//Gülnarə Abasova, Editor.az