Lavrov Ayvazyanla Ermənistandakı vəziyyəti müzakirə edibbackend

Lavrov Ayvazyanla Ermənistandakı vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.

Editor.az APA-ya istinadən bildirir ki, nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.

“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.