‘’Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində sərhədlərin delimitasiya və demarkasiya prosesinə toxunması, ardınca Azərbaycan tərəfindən verilən açıqlamada bu istiqamətdə işlərin getdiyini vurğulaması göstərir ki, Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq. Sergey Lavrovun Bakı səfərində bu konkteksdə danışıqlar gedəcək’’.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması istiqamətində danışıqlar yubadılmamalıdır: ‘’Necə ki, Azərbaycan maneəsiz Şurnuxa daxil oldu və kəndin ərazimizə düşən hissəsini nəzarətə aldı. Bu, Qazax istiqamətində də olmalıdır. Həmçinin Naxçıvan MR Kərki kəndində də həyata keçirilməlidir. Bu, kəndlər danışıqlar predmeti ola bilməz’’.
Politoloqun sözlərinə görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun səfərində anklav kəndlərin qaytarılması müzakirə ediləcək: “Ermənistan tərəfi bu kəndlərin geri qaytarılmasını ləngidir. Kəlbəcərə kimi demarkasiya başa çatıb. Ermənistanın işğalında olan bir neçə sərhəd kəndinin boşaldılması ilə iki ölkə arasında bu problemə son veriləcək”
Ümumiyyətlə, S. Lavrovun Azərbaycana səfəri bir neçə səbəbdən zəruridir:
‘’Lavrov bu səfərində erməni diveransatların qaytarılması, Hadrut və bir neçə digər yaşayış məntəqəsinə erməni köçkünlərin qaytarılmasını rəsmi Bakı ilə müzakirə edəcək. Eyni zamanda Azərbaycanın KTMT və Avrasiya İttifaqına üzvlüyü məsələsi də Lavrovun gündəliyində olan əsas mövzulardandır.
Səfərin əsas məqsədlərindən biri də ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların yenidən bərpasıdır. Hesab edirəm ki, Lavrovun səfərindən sonra bu istiqamətlərdə ciddi yeniliklər ola bilər”.
Editor.az, Gülnarə Abasova

