Rusiya prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Editor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Fransanın TF1 telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, sağlam düşüncəli insanlar dövlət başçısının əhətinin tam qaydasında olduğuna əmin ola bilərlər. “Prezident Vladimir Vladimiroviç Putin hər gün ictimaiyyət qarşısına çıxır.
Onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar onda hansısa xəstəlik və ya xəstəlik əlamətlərini görə bilsinlər. Bu cür şayiələri onları yayanların vicdanına buraxıram” –Lavrov deyib. Cənab Lavrov hərbi əməliyyatın plan üzrə getdiyini də bildirib. Diplomatın sözlərinə görə, əməliyyatın vaxtı mülki hədəflərə zərbə endirməmək əmri ilə bağlıdır.
Editor.az

