Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Antoni Blinkenin Rusiya ilə Ukrayna arasında mümkün danışıqlarla bağlı bəyanatını yüksək qiymətləndirib.
Editor.az bu barədə TASS-a istinadla xəbər verir.
O xatırladıb ki, təxminən bir il əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqları qadağan edən fərman imzalayıb. Nazirin sözlərinə görə, əgər Ukrayna rəhbərliyinə “rəhbərlik edənlər” qərara gəlsələr ki, ukraynalılar danışıqlara hazır olmalıdırlar, o zaman ilk addım bu fərmanı ləğv etmələri olmalıdır.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Moskva ilə Kiyev arasında sülh danışıqlarının başlanması üçün Ukraynanın ərazi bütövlüyünün tanınması ədalətli şərt olmalıdır.
//Gülnarə Abasova, Editor.az

