Lavrov: “BMT öz neytrallığını qorumalıdır”backend

Lavrov: “BMT öz neytrallığını qorumalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə BMT Katibliyinin bütün əməkdaşlarının neytrallıq prinsiplərinə ciddi şəkildə riayət etməli olduğunu vurğulayıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayılan məlumatda deyilir. “Lavrov həmçinin BMT Katibliyinin bütün işçilərinin Təşkilatın Nizamnaməsinə tam uyğun olaraq qərəzsizlik və bərabərlik prinsiplərinə ciddi əməl etmək öhdəliyini xüsusi olaraq vurğuladı”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Sergey Lavrovun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşü olduğu bildirilirdi.

//Gülnarə Abasova, Editor.az