Lavrov: Bütün Avrasiyada NATO-ya qarşı möhkəm hərbi və siyasi baza yaradılmalıdırbackend

Lavrov: Bütün Avrasiyada NATO-ya qarşı möhkəm hərbi və siyasi baza yaradılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Belarus xarici işlər naziri Sergey Aleyniklə görüşündə açıqlama verən Sergey Lavrov NATO-nun Rusiya-Belarus İttifaqı dövlətinin qərb sərhədlərində hərbi fəaliyyətlərini artırdığını vurğulayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Lavrov bütün Avrasiyada möhkəm hərbi və siyasi təməlin yaradılmasının lazım olduğunu bildirib.

NATO-nun artan hərbi fəaliyyətinə qarşı tədbir görülməli olduğunu deyən Lavrov Avrasiya boyu möhkəm hərbi və siyasi bazanın yaradılmasının Rusiya, Belarus və digər region ölkələrinin ortaq maraqlarına cavab verəcəyini vurğulayıb.

“Münaqişələrin həllinə və qarşısının alınmasına töhfə verəcək, eləcə də hərbi və ya digər güclü diktatura və regiondankənar aktorların hökmranlığı imkanlarını aradan qaldıracaq güclü hərbi-siyasi baza yaratmaq bizim ümumi maraqlarımıza uyğun olardı”, – Rusiya Xarici işlər naziri bildirib.

//Gülnarə Abasova, Editor.az