Lavrov Çin və Rusiya arasında münasibətlərin görünməmiş səviyyədə olduğunu açıqlayıbbackend

Lavrov Çin və Rusiya arasında münasibətlərin görünməmiş səviyyədə olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onların rəhbərlərinin sayəsində Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında münasibətlər görünməmiş səviyyəyə çatıb. Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çinli həmkarı Van Yi ilə Pekində görüşündə bildirilib.

Nazir əlavə edib ki, Vladimir Putinin yenidən Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməsi ilə iki dövlət arasında münasibətlərin hərtərəfli möhkəmləndirilməsi istiqamətində xəttin davamlılığı əlavə təminatlar əldə edib.

Lavrovun sözlərinə görə, Rusiya Federasiyası və ÇXR-in müasir problemlərin həllinə yanaşmalarının yaxınlığı və ya üst-üstə düşməsi dünyada strateji koordinasiyanın gücləndirilməsi üçün əsas təşkil edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Moskva ilə Pekin arasında strateji tərəfdaşlıq hörmətli, bərabərhüquqlu, etimada əsaslanan dialoq və ölkələrin fundamental maraqlarına aid məsələlər üzrə qarşılıqlı dəstək prinsipləri əsasında yaradılıb. Lavrov əlavə edib ki, Rusiya-Çin əməkdaşlığı Soyuq Müharibə dövründə hərbi-siyasi ittifaqlardan kənara çıxır, lakin heç bir üçüncü tərəfə yönəlməyib.

Qeyd edək ki, rusiyalı nazir aprelin 8-də Pekinə rəsmi səfərə gəlib və aprelin 9-dək orada qalacaq.

//Gülnarə Abasova, Editor.az