Lavrov Çində: Ukrayna böhranı da masadadırbackend

Lavrov Çində: Ukrayna böhranı da masadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Çinin paytaxtı Pekinə səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük səfəri çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşəcək

Editor.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, o cümlədən beynəlxalq platformalarda əməkdaşlıq, Ukrayna böhranı və Asiya-Sakit okean regionunda vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Lavrov sonuncu dəfə Pekinə ötən il oktyabrın 17-18-də keçirilən üçüncü “Bir kəmər, bir yol” Forumu münasibətilə səfər edib.

//Gülnarə Abasova, Editor.az