Lavrov dünyanın bütün problemlərinin səbəbini açıqlayıbbackend

Lavrov dünyanın bütün problemlərinin səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin (BMT) Qərb dövlətləri tərəfindən pozulması bütün dünya problemlərinin səbəbidir.

Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniyanın ATV telekanalına müsahibəsində deyib.

“Müasir dünyanın bütün problemləri BMT Nizamnaməsinin kobud şəkildə pozulmasından irəli gəlir. Onun prinsipləri vicdanla, tam şəkildə və bu prinsiplər arasında sıx əlaqə nəzərə alınmaqla tətbiq olunarsa, o, qüvvədə qalar”, – deyə o bildirib.

Lavrov bildirib ki, İsveçrə rəsmiləri Ukrayna sülh konfransının iştirakçıları arasında Rusiya Federasiyasını görmək istəmələri barədə yalan danışıblar.

//Gülnarə Abasova, Editor.az