Lavrov erməni jurnalistlərə danışır: Siyasi yolla tənzimlənmə…backend

Lavrov erməni jurnalistlərə danışır: Siyasi yolla tənzimlənmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli mediaya geniş müsahibə verir.

Teleqraf.com-un məlumatına görə, müsahibə canlı yayımlanır.

Müsahibədə “Russia Today” və “Rossiya Seqodnya” agentliyinin baş redaktorları Marqarita Simonyan, “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin və “Danışır Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan iştirak edir.

Bu da diqqətçəkən bir faktdır ki, müsahibədə iştirak edən 3 rusiyalı jurnalistdən ikisi milliyyətcə ermənidir.

Müsahibənin əsas müzakirə mövzuları koronavirus pandemiyası, Belarusdakı və Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlıdır.

Rusiyanın XİN başçısı bildirib ki, Dağlıq Qarabağdakı münaqişə tərəfləri təcili olaraq hərbçilərin xətti ilə görüşməlidirlər:

“Son günlərdə Azərbaycan və Ermənistandan olan həmkarlarımızla danışıqlardan gəldiyimiz əsas qənaətimiz budur ki, hərbçilər bir araya gəlməlidirlər. Atəşkəs sənədimizdə bəhs edilən və hələ heç kimin müzakirə etməyə başlamadığı atəşkəsə nəzarət mexanizmini razılaşdırmaq lazımdır”.

 

 

Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür. O bildirib ki, oktyabrın 14-də Dağlıq Qarabağdakı vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib.

S.Lavrov əlavə edib ki, rusiyalı hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.