Lavrov İranın nüvə obyektlərinə hücum təhlükəsini şərh edibbackend

Lavrov İranın nüvə obyektlərinə hücum təhlükəsini şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İranın nüvə obyektlərinə hücum təhlükəsini həyata keçirməsi ciddi təxribat olardı.

Editor.az “İnterfaks”-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosun paytaxtında keçirdiyi mətbuat konfransında deyib. Əgər İran İslam Respublikasının dinc nüvə obyektlərinə hücum planı və ya təhlükəsi həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq”, – Lavrov bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hazırda Tehranın nüvə proqramını hərbi istiqamətə keçirməyə başladığına dair heç bir əlamət görmür. Agentlik mütəmadi olaraq İdarə Heyətinə hesabat verir.

Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya bu peşəkar qiymətləndirmələrdən çıxış edir.

//Gülnarə Abasova, Editor.az