Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna hakimiyyətini Rusiya ilə sülh danışıqları aparmaq istəməməkdə ittiham edib. Onun sözlərinə görə, Kiyevin İstanbul formatının “praktiki olaraq tükəndiyi” barədə bəyanatları münaqişənin siyasi yolla həllinə maraqsız yanaşmanı göstərir.
“Əgər onlar danışıqlar formatının tükəndiyini bildirirlərsə, bu, öz vətəndaşlarına qarşı məsuliyyətsiz münasibət olmaqla yanaşı, razılığa gəlmək istəmədiklərini də göstərir”, — deyə Lavrov RİA Novosti-yə açıqlamasında bildirib.
Lavrov qeyd edib ki, Rusiya danışıqlara açıq olsa da, Kiyev bu prosesi tormozlamağa davam edir.
//Samir Qurbanov, Editor.az

