Lavrov Misirə gedirbackend

Lavrov Misirə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə işgüzar səfəri çərçivəsində ölkə rəhbərliyi ilə danışıqlar aparacaq.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Misir Afrikaya işgüzar səfərin ilk ölkəsi olacaq. S.Lavrov iyulun 24-dən 27-dək Efiopiya, Uqanda və Konqo Respublikasına da səfər edəcək.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bundan əvvəl bildirib ki, səfər zamanı rusiyalı nazir Misir rəhbərliyi ilə danışıqlar aparacaq.