Lavrov: NATO Avrasiyada təhlükəsizlik və sabitlik məsələlərini özəlləşdirmək istəyirbackend

Lavrov: NATO Avrasiyada təhlükəsizlik və sabitlik məsələlərini özəlləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Avrasiya təhlükəsizlik strukturunun formalaşması prosesinə maneələr yaradacağını qeyd edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov alyansın Avrasiyadakı təhlükəsizlik və sabitlik problemlərini təkbaşına həll etmək istədiyini bəyan edib.

Editor.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlama verən Lavrov bildirib ki, Avrasiyanın təhlükəsizliyinə təhdidlər müxtəlif istiqamətlərdən gəlir.

“Lakin bu təhdidlər əksər hallarda bizim geniş ərazimizdə təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı bütün məsələləri özəlləşdirmək və öz üzərinə götürmək istəyən NATO-nun təcavüzkar xəttindən yaranır”,-deyə o bildirib.

KTMT üzvlərinin Avrasiyada təhlükəsizlik arxitekturasının yaradılması ilə razılaşdıqlarını bildirən rusiyalı nazir qeyd edib ki, NATO bu cür ədalətli proseslərin qarşısının alınması üçün hər cür cəhd edəcək.

//Gülnarə Abasova, Editor.az