Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Mejdunarodnaya jizn” (“Beynəlxalq həyat”) jurnalına müsahibəsində Rusiyanın nüvə silahı siyasətini, Afrika ölkələri ilə əməkdaşlığı və aktual məsələləri dəyərləndirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, son zamanlar Rusiyanın xarici siyasətində nüvə silahının rolu ilə bağlı çox danışıldığını qeyd edən Lavrov, ölkəsinin nüvə silahından mümkün istifadəsinin doktrina sənədlərində müəyyən edildiyinə diqqət çəkib.
“Ölkənin nüvədən çəkindirmə sahəsində dövlət siyasəti sırf müdafiə xarakteri daşıyır, dövlətin suverenliyi və ərazi bütövlüyünün müdafiəsini təmin etmək, Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq üçün nüvə enerjisi potensialını minimum səviyyədə saxlamağa yönəlib”, -deyə Lavrov bildirib.
//Safura Bənnayeva, Editor.az