Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin sonunadək Hindistana səfəri planlaşdırılır.
Editor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) tələbələr və professor-müəllim heyəti qarşısında çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, səfər ərəfəsində “əhatəli sənəd paketi”nin hazırlanması nəzərdə tutulur.
//Samir Qurbanov, Editor.az

