Lavrov: “Qarabağda “normal həyat” üçün Azərbaycanla birgə çalışırıq”backend

Lavrov: “Qarabağda “normal həyat” üçün Azərbaycanla birgə çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun illik toplantısı çərçivəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Lavrov çıxışı zamanı Qarabağda işlərin davam etdiyini də vurğulayıb.

“Biz Azərbaycanla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, azərbaycanlıların və ermənilərin ortaq həyatlarını davam etdirmələri üçün normal həyatın bərpasına şərait yaratmağa çalışırıq. Ümid edirəm ki, İrəvan da bu məsələyə daxil olacaq”,-deyə o bildirib.

Lavrov Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanı 2020-ci ildə müharibəyə son qoyacaq sazişlə Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı iddiaları təkzib edib və Qarabağın Avropada Azərbaycan ərazisi kimi tanınması ilə bağlı sənədi Paşinyanın özünün imzaladığını bildirib.

//Safura Bənnayeva, Editor.az