Lavrov Qarabağla bağlı sualdan yayındı: “Seçki yeni olub, bir qədər gözləyək”backend

Lavrov Qarabağla bağlı sualdan yayındı: “Seçki yeni olub, bir qədər gözləyək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistandakı parlament seçkisinin nəticələrinin Dağlıq Qarabağdakı vəziyyətə təsirindən danışmağı erkən sayır.

Teleqraf.com xəbər verir ki, S.Lavrov bunu Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

“Seçkilər yenicə baş tutub. Bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil, gəlin, orada hökumət qurulanadək gözləyək”, – deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistan, Rusiya və Azərbaycan rəhbərləri tərəfindən imzalanmış hər iki (9 noyabr və 11 yanvar) üçtərəfli razılaşmanın etibarlı və yerinə yetirilməsindən və bütün tərəflərin maraqlarına cavab verməsindən çıxış edir.