Rusiya-Ukrayna müharibəsinin dayanması üçün üçüncü ölkələr diplomatik səyləri davam etdir. Editor.az-ın Türkiyənin “Son Dakika” saytına istinadən verdiyi məlumata görə, münaqişənin diplomatik və sülh yolu ilə həll olunmasının tərəfdarı olan ölkələrdən biri də Qətərdir. Bu məqsədlər Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdülrəhman Əl Sanini Moskvaya səfər etməyə vadar edib.
Görüş zamanı isə diqqəti ən çox çəkən Qətər xarici siyasət idarəsinin rəhbərinin qarşılanması olub. Belə ki, Sani ilə görüşən Sergey Lavrov həmkarını əli cibində qarşılayıb. Hətta nazirlərin əl sıxışması zamanı belə Lavrovun əlini cibindən çıxarmaması diqqət çəkib. Bundan əlavə Sani otağa daxil olarkən onun tempraturu ölçülüb.
Qeyd edək ki, Sani görüş zamanı Ukraynadakı böhranın tezliklə sülh yolu ilə həll olunmasını bildirib. Lavrov isə Ukrayna ərazisindən Rusiyaya heç bir təhlükə olmamalıdır deyə qeyd edib.

//Nəzərbəy Hacıağayev, Editor.az

