Lavrov: “Rusiya və Ukrayna irəliləyiş əldə edirlər”backend

Lavrov: “Rusiya və Ukrayna irəliləyiş əldə edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbulda Ukrayna ilə təmaslar vacib və faydalıdır, birbaşa danışıqlar prosesi işləyir”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin hökumət üzvləri ilə videokonfrans formatında keçirdiyi görüşdə deyib.

O, İstanbulda danışıqların hər iki raundunun konkret nəticələr verdiyini vurğulayıb. XİN rəhbəri bu kontekstdə hərbi əsirlərin paritet mübadiləsi, ağır yaralıların və xəstələrin təhvil verilməsi, həlak olanların cəsədlərinin qaytarılması kimi razılaşmaları sadalayıb.

Lavrovun sözlərinə görə, Rusiya və Ukrayna humanitar məsələlər üzrə real irəliləyiş əldə edirlər və ünsiyyət kanalı saxlanılmalıdır.