Lavrov Rusiyanın geosiyasi prioritetlərindən birini açıqlayıbbackend

Lavrov Rusiyanın geosiyasi prioritetlərindən birini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika qitəsinin Moskvanın xarici siyasətində əsas geosiyasi prioritetlərdən biri olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, Sergey Lavrov bu barədə Rusiya Federasiyası Regional Başçıları Şurasının 45-ci iclasında çıxışı zamanı danışıb.

Nazirin sözlərinə görə, Afrikaya yönəlmiş bu siyasət Rusiyanın strateji maraqları baxımından xüsusi əhəmiyyət daşıyır:

“Bu istiqamət bizim üçün tamamilə stratejidir. Afrika yalnız “gələcəyin qitəsi” kimi deyil, eyni zamanda xarici siyasətimizin ən mühüm prioritetlərindən biri kimi dəyərləndirilir”.

Sergey Lavrov vurğulayıb ki, Afrika qitəsi formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas sütunlarından birinə çevrilir və yaxın illərdə qlobal siyasət və iqtisadiyyatda daha mühüm rol oynayacaq.

Nazir əlavə edib ki, Rusiya və Afrika ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Qahirədə keçiriləcək üçüncü Rusiya–Afrika sammitinə hazırlıq məsələləri yaxın vaxtlarda nazirlər səviyyəsində müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya–Afrika Tərəfdaşlıq Forumunun ilk nazirlər konfransı ötən ilin noyabrında keçirilib. Həmin tədbirdə Rusiya prezidenti Vladimir Putin Moskva ilə Afrika ölkələri arasında münasibətlərin getdikcə daha intensiv və çoxşaxəli xarakter aldığını bəyan etmişdi.

Xatırladaq ki, Rusiya–Afrika Tərəfdaşlıq Forumunun nazirlərin ikinci konfransının bu il dekabrın 19–20-də keçirilməsi planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az