Lavrov: Rusiyaya son qoymaq istəyən Qərb Ukraynada gərginliyi artırmağa davam edirbackend

Lavrov: Rusiyaya son qoymaq istəyən Qərb Ukraynada gərginliyi artırmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya son qoymaq istəyən Qərb Ukraynada gərginliyi artırmağa davam edir.

Editor.az xəbər verir ki bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Fransa prezidenti Emmanuel Makronun “Avropanın yeni təhlükəsizlik arxitekturası, burada zəif və tərksilah edilmiş Rusiyaya yer olacaq” sözlərini xatırladan Lavrov bu sözlərin hər şeyi əks etdirdiyini, Qərbin bu münaqişəni davam etdirmək istəyini, gərginliyini artırdığını deyib.

ABŞ-ın Əfqanıstandan çəkilməyə qərar verdiyini və 20 illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyini tərk etdiyini xatırladan Lavrov ehtiyac qalmadığı zaman Ukrayna rəhbərliyini tərk edə biləcəyinə diqqət çəkib. Rusiyanın əvvəllər olduğu kimi hamı ilə bərabər əməkdaşlığa hazır olduğunu təkrarlayan Lavrov Moskvanın Çin tərəfindən təhdid edilib-edilməməsi ilə bağlı suala cavab olaraq Rusiya-Çin münasibətlərinin qarşılıqlı etimada əsaslandığını və Moskvanın Pekindən heç bir təhlükə görmədiyini vurğulayıb.

Rusiyanın Ukrayna ilə bağlı diplomatiyaya açıq olmağa davam etdiyini vurğulayan Lavrov əlavə edib ki, Moskva indiyədək Qərbli həmkarlarından bu istiqamətdə ciddi təkliflər almayıb.

//Gülnarə Abasova, Editor.az