Lavrov Trampın prezidentliyindən gözləntilərini açıqlayıbbackend

Lavrov Trampın prezidentliyindən gözləntilərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı müəyyən hallarda mühakimə edəcək.

Editor.az RİA Novosti-ə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Marina Kimə müsahibəsində respublikaçıların seçkilərdə qələbəsi perspektivlərini şərh edib.

“Mən proqnozlar verməyəcəyəm… Biz konkret situasiyalara əsaslanaraq qərar verəcəyik”, – Rusiya XİN rəhbəri bildirib. Lavrov Trampın hakimiyyətə qayıdışının ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətinə təsir etməyəcəyi fikrini də ifadə edib, çünki Vaşinqton hadisələrə nəzarəti saxlamağa çalışır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 nümayəndə səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

//Gülnarə Abasova, Editor.az