Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev nümayəndə heyəti ilə Ukrayna böhranı ilə bağlı danışıqları dəyərləndirib.
Editor.az xəbər verir ki, RBK televiziyasına danışan Lavrov Ukrayna ilə danışıqların asan olmadığını, lakin barışığa ümidin olduğunu bildirib.
Rusiyalı diplomat qeyd edib ki, Moskva Türkiyə və İsrailin Ukrayna ilə danışıqlarda vasitəçilik təkliflərinə müsbət baxır.
Lavrov Ukraynanın neytral statusunun hazırda təhlükəsizlik təminatları ilə bağlı ciddi müzakirələr aparıldığını deyib.
Türkiyə və İsrailin vasitəçilik təklifləri ilə bağlı suala Lavrov belə cavab verib:
“Biz, şübhəsiz ki, rusofobik oyun oynamaqdan imtina edən və mövcud böhranın əsas səbəblərini anlayan ölkələrin təkliflərinə müsbət baxırıq, Rusiyanın əsas milli və qanuni maraqları var. Rusiyaya qarşı görünməmiş sanksiyalarda iştirak edən və birbaşa Rusiya xalqını Rusiya hökumətinə qarşı qızışdırmaq məqsədi daşıyan ölkələrin vasitəçilik təklifi isə bir qədər qəribədir”.
//Gülnarə Abasova, Editor.az

